Şahdağ

TƏDBİRLƏR

Şahdağ Salsa & Bachata festivalı!

Noyabr ayının 11-i Şahdağda möhtəşəm Salsa & Bacha Festivalı keçiriləcək. Bu festivalda dünya səviyyəli salsa ustaları İvana Adler və Shaka Brown cütlüyü ilə Alba Fernandez və David Moyano cütlüyü Bakının tanınmış Latın Amerika rəqsi məktəblərinə master class keçəcəklər. Bakının “Badi Kuba”, “Baila Baku”, “Profi Dance”, “Let’s dance studio”, “Buta Salsa” və “Street Salsa” məktəblərinin iştirak edəcəkləri festival saat 13:00-da başlayacaq.

Nəzərinizə çatdıraq ki, möhtəşəm ziyafət iki hissədən ibarət olacaq. Birinci hissədə görkəmli salsa rəqqasları iştirakçılara bu rəqslərin incəliklərini öyrədəcək və qazandıqları dünya təcrübəsini paylaşacaqlar. İkinci hissə isə bol əyləncə, musiqi və limitsiz rəqslər ilə davam edəcək.

Saat 18:00-a qədər “Salsa” və “Baçata” rəqsləri bir-birini əvəz edəcəklər. Beləki İvana Adler və Shaka Brown cütlüyü “Salsa”, Alba Fernandez və David Moyano cütlüyü isə “Baçata” rəqslərinin incəliklərini nümayiş etdirəcəklər.

Tədbirə qatılmaq üçün xüsusi hazırlanmış sərfəli biletlər təqdim olunur. Belə ki, “Şahdağ Hotel və Spa” hotelində 1 nəfər üçün ikinəfərlik otaqda 1 günlük gecələmə, səhər yeməyi, Bakı – Şahdağ – Bakı transferi və tədbirdə iştirak haqqı hamısı birlikdə cəmi 60 AZN. Bu təklif yalnız 11 Noyabr tarixi üçün keçərlidir. Qeyd edək ki, transfer üçün avtobuslar sizi Gənclik m/s-nın Tofiq Bəhramov stansiyası çıxışında səhər saat 09:00-da gözləyəcəklər.

#QEYD: Tədbirə gəldiyiniz zaman bilet mütləq üstünüzdə olmalıdır!!!

Ümümilikdə tədbir və paketlər haqqında ətraflı məlumat üçün ağıdakı əlaqə nömrələri və ya mail ünvanımıza yazlı müraciət edə bilərsiniz: Şəhər nömrələrindən: (+99412) 310 1110, mob/whatsapp: 055 – 222 – 22 – 88, mail: info@shahdag.az

Tədbir haqqında yeniliklərlə tanış olmaq üçün səhifəmizi izləməyi unutmayın!

Maraqlı ola bilər:

  • Yamacların xəritəsi

    “Şahdağ” Turizm Mərkəzi yamacların, o cümlədən 11 lift, 14 yamac, re...

  • Biz hər zaman sizi düşünürük!

    Bizim əsas və yeganə məqsədimiz sizin bədəninizin və ruhunuzun qayğısına qalmaqd...

  • Cleopathra Bath

    The queen of Antient Egypt – Cleopathra had very good skills of governance...

Veb-kameralar

  • Veb-kamera 1

  • Veb-kamera 2

  • Veb-kamera 3

  • Veb-kamera 4

  • Veb-kamera 5

  • Veb-kamera 6