Şahdağ

TƏDBİRLƏR

Qış mövsümünün açılışı!

Əziz dostlar,

Sizi sevindirmək üçün səbirsizlənirdik və budur!!! 16 dekabrda Şahdağda qış mövsümünün təntənəli açılışı baş tutacaq!

Bu günün unudulmaz olması üçün maraqlı tədbir proqramı ilə qarşınızda olacayıq!

Sizi “Excellent Band” və Mick Rafiyevin ifasında canlı musiqi, DJ, açıq havada yarmarka, uşaqlar üçün əyləncə və möhtəşəm hədiyyələr gözləyəcək! “Red Bull”dan isə sizi həqiqətən də qanadlandıracaq xüsusi içkilər !!! 🙂

Dostlarınızla, ailənizlə birlikdə gəlin və qucaq dolusu pozitiv enerjidən həzz alın! Və özünüzlə mütləq foto aparatınızı da gətirməyi unutmayın, çünki bu cür maraqlı bir günü yaddaşlara həkk etmək lazımdır!

Tərəfdaşlarımız:

“Nestle Azərbaycan”, “Cremesso”, “Carlsberg Azerbaijan”, “AzGranata”, “Chelebi”, “Fleuriste”, “Ali & Nino”, “Asan Abad”, “Dastan”.

Yox, əgər qalıb bu unudulmaz günü daha da davam etmək və kokteyl partidə iştirak etmək istəyirsinizsə, xüsusi qiymətə otaq rezerv edə bilərsiniz:

– “Şahdağ Hotel və Spa”da ikinəfərlik otaqda gecələmə – 130 AZN

Bron etmək üçün: (+99412) 310 1110; mobil: 1110
reservations@hotels.shahdag.az 

– “Pik Palace” hoteldə ikinəfərlik otaqda gecələmə – 150 AZN

Bron etmək üçün: (+99412) 310 0009;
reservations@absheronhotelgroup.com 

Maraqlı ola bilər:

  • Pik Palace Şahdağ Hotel

    Dağlarla əhatə olunmuş bir məkanda tədbir təşkil etmək haqqında fikirləşmisinizm...

  • Rahatlaşdırıcı masajı

    Bu masaj növü hormon ifrazatını balanslaşdırmağa və endorfin ifrazatını artırmağ...

  • “The Spa” Park Chalet

    Lüksun dəbdəbəli dünyasına, sakitlik və hüzur aləminə addım atmaq istəyirsinizsə...

Veb-kameralar

  • Veb-kamera 1

  • Veb-kamera 2

  • Veb-kamera 3

  • Veb-kamera 4

  • Veb-kamera 5

  • Veb-kamera 6