Şahdağ

Xəbərlər

“Şahdağ Turizm Mərkəzi” QSC və “Şimali Qafqaz Kurortları” SC arasında əməkdaşlıq və qarşılıqlı anlaşma haqqında memorandum imzalanmışdır.

Rusiyanın  İqtisadi inkişaf naziri Maksim Oreşkinin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün 23 aprel 2018-ci il tarixində Azərbaycan Respublikası İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşərək, qarşılıqlı iqtisadi işgüzar əlaqələrin inkişaf etdirilməsi yönündə müzakirələr aparmışlar.

Görüş çərçivəsində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti və “Şimali Qafqaz Kurortları” Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq və qarşılıqlı anlaşma haqqında memorandum imzalanmışdır.

Memorandumun imzalanmasında əsas məqsəd hər iki regionun turizm potensialının inkişaf etdirilməsi yönündə iki şirkət arasında əməkdaşlığın və qarşılıqlı səmərəli işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi, eyni zamanda təcrübə mübadiləsinin həyata keçirilməsidir.

Memorandum çərçivəsində dağ-xizək kurortlarının istismarı, qış və yay aylarında – il boyu fəaliyyət göstərən kurortların inkişafı, xizək mövsümünün  uzun müddətli oması üçün süni qar örtüyünün yaradılması texnologiyaları, kurortlarda keyfiyyət standartlarının tətbiq edilməsi, birlikdə marketinq araşdırmalarının aparılması nəzərdə tutulmuşdur.

Eyni zamanda yay istirahət proqramlarının hazırlanması, kurortlarda mühüm tədbirlərin, o cümlədən beynəlxalq yarışların keçirilməsi, qarşılıqlı əməkdaşlıq istiqamətlərindən biri kimi müntəzəm olaraq kurortlara dair statistik məlumatların mübadiləsi istiqamətində birgə işlərin aparılması razılaşdırılmışdır.

Eləcə də daxili və xarici bazarda turizm məhsullarının təşviqi və təbliğatı məqsədilə birgə addımların atılmasına xüsusi diqqət yetirilməsi nəzərdə tutulmuşdur.

Memorandumun tərəflər arasında qarşılıqlı anlaşma və əməkdaşlığın inkişafına öz töhfəsini verəcəyinə dair əminlik ifadə olunmuşdur.

 

 

 

 

 

Maraqlı ola bilər:

  • Aeroxizəkdə gəzinti

    Siz həmişə aeroxizək sürmək arzusunda olmusunuz? Bəlkə siz daha fərqli həyəcan a...

  • Mənzərə

    “Şahdağ Hotel&Spa” hoteli “Mənzərə” restoranı   Digərlərind...

  • Hamam prosedurları

    Dəriyə qulluq prosedurlarından sonra hamamda ənənəvi sabun masajını qəbul etmək ...

Veb-kameralar

  • Veb-kamera 1

  • Veb-kamera 2

  • Veb-kamera 3

  • Veb-kamera 4

  • Veb-kamera 5

  • Veb-kamera 6