Şahdağ

Xəbərlər

Çində təşkil olunan “COTTM 2018” sərgisində Şahdağ da təmsil olunur.

Çin Xalq Respublikasında bu il artıq 14-cü dəfədir ki, COTTM (China Outbound Travel and Tourism Market)  sərgisi təşkil olunmuşdur. Pekində keçirilən və dünyanın 70 ölkəsinin iştirak etdiyi sərgidə  Azərbaycan nümayəndə heyəti də iştirak etmişdir.

Avropa Komissiyası (EC), Avropa Turizm Assosiasiyası (ETOA), Sakit Oken Asiya Səyahət Assosiasiyası (PATA) və digər mühüm təşkilatların dəstəyi ilə təşkil olunan sərgidə ölkəmizin turizm imkanları təqdim olunmuşdur. “Şahdağ” Turizm Mərkəzini sərgidə İnvestisiya Layihələrinin İdarəedilməsi Departament müdiri İqor Şaulov  təmsil etmişdir. Dünyanın ən böyük turistik bazarı hesab olunan Çin turizm bazarının  təmsilçilərinə və ziyarətçilərinə “Şahdağ” Turizm Mərkəzinin turistik imkanları, potensialı və s. haqqında ətraflı məlumat verilmiş, ikitərəfli işgüzar görüşlər təşkil edilmişdir.

Maraqlı ola bilər:

  • Ləzzət

    “Zirvə” hotel   “Ləzzət” restoranı   “Lə...

  • Tandem paraplan uçuşları

    Tandem paraplan uçuşları uçuşları 2 start nöqtəsindən həyata keçirilir. Birinci ...

  • İsveç masajı

    İsveç masajı zamanı təzyiq altında əzələlər yumşalır, gərginlik azalır, dərinin ...

Veb-kameralar

  • Veb-kamera 1

  • Veb-kamera 2

  • Veb-kamera 3

  • Veb-kamera 4

  • Veb-kamera 5

  • Veb-kamera 6