Şahdağ

News

“Caspian European Club”un Bakıda turizm forumu keçirilib!

18 oktyabr 2017-ci il tarixdə “Caspian European Club” və “Caspian American Club”-ın bu gün Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun iştirakı ilə təşkil etdiyi “Caspian Energy Tourism Forum”-un xüsusi sessiyasında turizm sektorunun mühüm məsələləri və problemləri müzakirə olunub. Tədbirdə şirkət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri və həmçinin, “Caspian European Club”un üzvü olan “Şahdağ” Turizm Mərkəzi də  iştirak edib. 

Forumda çıxış edən Nazim Səmədov iştirakçılara ölkənin turizm sektorunun gələcək inkişafı istiqamətində həyata keçirilən tədbirlər, planlar və perspektivlər barədə məlumat verib. Nazir müavini son iki il ərzində ölkəmizə əcnəbi turist axınının qeydə alındığını deyib. Onun sözlərinə görə, 2015-ci illə müqayisədə Azərbaycana gələn xarici turistlərin sayı keçən il 11,7% artaraq 2.2 mlyn olmuşdur. 2017-ci ilin ilk 9 ayı ərzində isə Azərbaycana səfər etmiş turistlərin sayı ötən il ilə müqayisədə 21% artmışdır. Əsas artım Rusiya, İran və Ərəb ölkələrindən gələn turistlərin sayında müşahidə olunub. 

“Şahdağ” Turizm Mərkəzini xüsusilə qeyd edən N.Səmədov 2017-ci il yay mövsümü ərzində mərkəzi 40 mindən çox turistin ziyarət etdiyini bildirmiş və turistlərin 68 faizinin xarici vətəndaşlar olduğunu qeyd etmişdir. Ümumilikdə Azərbaycanda 1441 turizm şirkəti və 563 mehmanxananın fəaliyyət göstərdiyini deyən nazir müavini 43 mindən çox insanın məhz turizm sahəsində çalışdığını da deyib.

Sonda “Caspian European Club” və “Caspian American Club”-da təmsil olunan və buradakı fəaliyyətini davam etdirən şirkətlərə sertifikatlar təqdim olunub. “Şahdağ” Turizm Mərkəzi də fərqlənmə sertifikatı ilə təltif olunub.

Maraqlı ola bilər:

  • Tibbi klinika

    “Şahdağ” Turizm Mərkəzində ən müasir avadanlıqlarla təchiz olunmuş tibbi klinika...

  • Uşaqlar üçün möcüzəli istirahət

    Uşaqlar üçün masaj əyləncə və istirahətdən əlavə, sağlamlıq üçün də xüsusi əhəmi...

  • “The Club” fitnes mərkəzi Park Chalet

    Bizim fitnes mərkəzimiz tam təchizatı ilə sizin yolunuzu gözləyir. 20 metrlik qa...

Veb-kameralar

  • Veb-kamera 1

  • Veb-kamera 2

  • Veb-kamera 3

  • Veb-kamera 4

  • Veb-kamera 5

  • Veb-kamera 6