Şahdağ

Xəbərlər

“Şahdağ” Turizm Mərkəzinin “Boulevard Baku” hotelində təqdimat keçirilmişdir

Azərbaycanın ilk və ən böyük xizək mərkəzi olan “Şahdağ” Turizm Mərkəzinin yay imkanlarının  tanıdılması məqsədilə “Boulevard Baku” hotelində təqdimat keçirilmişdir.

Təqdimatda turizm mərkəzinin ancaq qışda deyil, eləcə də yayda da fəaliyyət göstərməsi vurğulanmış, yay mövsümü ərzində təqdim olunan xidmətlər, yay əyləncələri, yay mövsümündə fəaliyyət göstərəcək hotellər, keçiriləcək tədbirlər haqqında ətraflı məlumat verilmişdir. Əsasən yerli turizm şirkətləri və tur-operatorlar üçün təşkil olunan tədbirdə 200-dən çox nümayəndə iştirak etmişdir.

Təqdimat daxilində eləcə də bu il ikincisi təşkil olunacaq “Şahdağ” Yay Düşərgəsi və 3000 kv. metr sahəsi ilə Azərbaycanın ən böyük spa mərkəzi hesab olunan, “Şahdağ Hotel və Spa”da yerləşən “Ovdan” Spa mərkəzinin xidmətləri haqqında da məlumatlar paylaşılmışdır.

Qeyd edək ki, bu ilədək yay mövsümündə mərkəz ərazisində yerləşən dörd hoteldən yalnız biri – 5 ulduzlu “Şahdağ Hotel və Spa” fəaliyyət göstərirdisə, bu yay mövsümündən etibarən “Pik Palace Şahdağ” hoteli də qonaqların üzünə açıq olacaq.

 “Şahdağ Hotel və Spa” Azərbaycanın ilk müasir dağ hoteli olmaqla dünyaca məşhur hotellərin bronlaşdırılması platforması olan booking.com-da yerli və əcnəbi qonaqların qiymətləndirmələrinə əsasən 9.2 balla Azərbaycan üzrə 2-ci yerdə qərarlaşmışdır.

Məlumat üçün deyək ki, Şahdağda yay mövsümü ənənəvi olaraq iyun ayının ilk yarısından etibarən açıq elan olunur. Hər il olduğu kimi, bu il də yerli və xarici turistlərin istirahətini daha mükəmməl etmək məqsədilə mərkəz tərəfindən çoxsaylı yay əyləncələri, müxtəlif əyləncə və maraq dolu tədbirlər təqdim olunacaqdır. Həmişəki kimi, kanat yolları 6 yaşdan kiçik uşaqlar, 70 yaşdan böyük vətəndaşlar, veteranları və fiziki məhdudiyyətli insanlar üçün pulsuz olaraq fəaliyyət göstərəcəkdir.

Onu da bildirək ki, hazırda “Şahdağ Hotel və Spa”da xüsusi kampaniya da elan olunmuşdur. Cəmi 119 AZN-ə səhər və şam yeməyi daxil olmaqla ikinəfərlik otaqda birgünlük gecələmə təklif olunur. Kampaniyaya daxildir:

– Delüks otaqda iki nəfər üçün bir gün gecələmə
– Çoxçeşidli səhər yeməyi
– Dadlı şam yeməyi
– Kanat yolundan limitsiz istifadə
– Spa xidmətləri:

*Türk hamamı
*Sauna
*Qapalı hovuz
*Fitness zalı

– Uşaq klubu

*Qeyd: Xüsusi təklif 15 iyunadək keçərlidir.

Ətraflı məlumat üçün: (+99412) 310 11 10 I Mob: 1110 I reservations@hotels.shahdag.az

 

 

 

Maraqlı ola bilər:

  • Aspen Qrill Restoran

    “Park Chalet Şahdağ” hoteli     Gündəlik qidalanma və ya d...

  • Chocolate Patisserie

    “Pik Palace Şahdağ” hoteli   “Chocolate Patisserie”...

  • Xəzinə

    “Şahdağ Hotel&Spa” hoteli   “Xəzinə” bar   “Xəzi...

Veb-kameralar

  • Veb-kamera 1

  • Veb-kamera 2

  • Veb-kamera 3

  • Veb-kamera 4

  • Veb-kamera 5

  • Veb-kamera 6