Şahdağ

Xəbərlər

Bayram günləri Şahdağa turist axını olmuşdur.

Artıq 6-cı mövsümdür ki, “Şahdağ” Turizm Mərkəzində Yeni il tətilini tam fərqli abu-havada qarşılamaq istəyənlər üçün xüsusi bayram şənlikləri təşkil olunur.

Sözsüz ki, bayram günləri qış turizm mövsümünün ən gözlənilən anlarıdır. Bayram tətilini əsl qış mühitində, qarlı dağların əhatəsində və təmiz dağ havasında keçirmək istəyənlər üçün isə Şahdağ ideal məkan olduğundan buraya üz tutan turistlərin sayı ilbəil durmadan artır.

Hər il olduğu kimi bu il də Yeni il tədbirləri qonaqlara əsl bayram əhval-ruhiyyəsi yaşadaraq, onlarda maraqlı və unudulmaz təəssüratlar yaratmışdır. Bayram ərəfəsində 5 istirahət günü ərzində mərkəzi 16.000-dən çox turist ziyarət etmişdir. Onlardan 40 %-dən çoxu məhz xizək sürmək üçün mərkəzə üz tutan xizək həvəskarları olmuşdur.

Qeyd edək ki, bayram günlərində turistlərin isirahətini və bayram tətillərini ən yüksək səviyyədə təşkil etmək üçün turizm mərkəzi gücləndirilmiş iş rejimində çalışmışdır.

 

 

Maraqlı ola bilər:

  • VIP sahə

    Biz sizə xüsusi VIP zona təklif etməkdən məmnunluq duyuruq. Burada paltar dəyişm...

  • Ziplayn

    Havadan asılı qalaraq yaşadığınız heyranedici duyğularla dağların möhtəşəm mənzə...

  • Dübrar

    ...

Veb-kameralar

  • Veb-kamera 1

  • Veb-kamera 2

  • Veb-kamera 3

  • Veb-kamera 4

  • Veb-kamera 5

  • Veb-kamera 6