BURA ŞAHDAĞDIR!

Qədim buzlaqlar, dərin dərələr, heyrətamiz
dağ gölləri və kanyonlar, bitki və heyvanlar
aləminin ekoloji xəzinəsi... Bütün əzəməti
ilə bura Şahdağdır! Şahdağ Turizm Mərkəzi öz adını
Azərbaycanın, Qusar şəhərinin 29 km-də
yerləşən Böyük Qafqaz dağ silsiləsinin
dəniz səviyyəsindən 4243 m. hündürlükdə
olan Şahdağ zirvəsindən götürmüşdür.
Şahdağ milli parkının yaxınlığında salınan
bu kompleksin tikintisi Azərbaycanda dağ
xizək və digər qış idman növləri ilə məşğul
olmaq üçün geniş imkanlar yaradır

Qarlı Qafqaz dağları ilə füsunkar bir şəkildə əhatələnmiş, saf təbiətin qoynunda 2058 hektar ərazini əhatə edən Şahdag Turizm Mərkəzində yerləşən Spa mərkəzlərimiz sizi xəyalən yenidən təbiətlə qovuşduracaq. Təklif edilən hər bir prosedur və terapiya sizi daxili sağlamlıq və harmoniyaya bir az daha yaxınlaşdıracaq. Kompleks ərazisində mükmməl spa mərkəzləri mövcuddur. Bu mərkəzlərdəki su sizi sağlamlığa aparan yoldur. Rahatlandırıcı hidroterapiya masajlarından sonra saflaşdırıcı hamama daxil olun, sauna sizin bədəninizi yenidən canlandırsın və yaxud sadəcə hovuzda üzün.

BERG
SPORT SYSTEM