Şahdağ

Xəbərlər

Azərbaycana səfər etmək üçün 5 əsas səbəbdən biri – Şahdağ!

A.Bunin Shahdagda

Məhşur səyahətçi Aleksandr Bunin Azərbaycana səfəri haqqında təəssüratlarını bölüşərkən buraya səfər etməyin 5 əsas səbəbini açıqlayıb.

Birinci səbəb kimi “Azərbaycan – şərq mətbəxinin təamlarından zövq alınacaq bir ölkədir”,- deyə qeyd edən səyahətçi ikinci səbəb olaraq Azərbaycan Hava Yollarının adını çəkib. Üçüncü səbəbi “Paytaxt Bakı – qədimiliyin, müasir üslubda olan memarlıq nümunələrinin və əzəmətli göydələnlərin birləşdiyi sehrli bir şəhərdir” deyə bildirmişdir. Dördüncü səbəb kimi Azərbaycan xalqının qonaqpərvərliyini göstərən A.Bunin beşinci səbəbi Şahdağ olaraq qeyd etmişdir. Onun sözlərinə görə Şahdağda xizək sürərək qış tətili keçirmək heç də Avropa ölkələrində istirahət etməkdən geri qalmır.

O, “Şahdağ” Turizm Mərkəzini özünün böyük kəşfi adlandırmışdır. Səyahətçi bu mərkəzin dövlətin maliyyə vəsaiti heabına inşa edilməsindən təəccübləndiyini bildirmiş, buna görə Azərbaycan hökumətinə təşəkkür etmişdir. “Artıq görünür ki, Şahdağ istirahət və bütövlükdə turizm üçün perspektivli məkandır, burada işlər yüksək keyfiyyət və zövqlə görülmüşdür, bura dünya səviyyəli kurortdur”, – deyə o vurğulamışdır.

 

Maraqlı ola bilər:

  • Mənzərə

    “Şahdağ Hotel&Spa” hoteli “Mənzərə” restoranı   Digərlərind...

  • Rahat Bar

    “Zirvə” hotel   “Rahat” bar   “ZirvəR...

  • Dərin toxumaların masajı

    Bu masaj növü İsveç masajına bənzəyir, sadəcə olaraq toxumalara daha güclü təzyi...

Hava

Bugün - Bazar

15Qismən buludlu
  • Bazar ertəsi

    5
  • Çərşənbə axşamı

    0

Veb-kameralar

  • Veb-kamera 1

  • Veb-kamera 2

  • Veb-kamera 3

  • Veb-kamera 4

  • Veb-kamera 5

  • Veb-kamera 6