LİFT BAZA

 

Müasir, dörd ulduzlu zəriflik təklif edən  “Zirvə” hoteli biznes və istirahət məqsədi ilə səyahət edənlər üçün yüksək standartlar təklif edir.

 

Bizim rahat otaqlarımız son dərəcə dəqiqliklə düşünülmüş əlavə xidmətlər, o cümlədən istifadəsi rahat texnologiyalar ilə təchiz edilmişdir. Göstərdiyimiz diqqətli xidmət sizin rahatlığınızı təmin edir. Hotel 40 standart və 3 lüks otaqdan ibarətdir.

Bron et

Superior King otağı

Müasir üslubda bəzədilmiş bu otaqlar çox geniş və işıqlıdır.

Rahat yuxunu təmin edən böyük, ikinəfərlik çarpayı, geniş oturma sahəsi, şəxsi əşyalarınızı yerləşdirmək üçün böyük masa və elektron poçtunuzu yoxlamaq üçün pulsuz internet xidməti – bir sözlə, bu otaqlarda “Şahdağ” Turizm Mərkəzində istirahətinizdən zövq almaq üçün sizə lazım olan hər şey ixtiyarınızdadır.

Superior Twin otağı

Şirin gecə yuxusunu təmin edən iki rahat çarpayı ilə siz səhərinizi bu geniş və işıqlı otaqlarda açacaqsınız.

LCD televizorunuzda filmə baxmaq üçün geniş oturma sahəsi, şəxsi əşyalarınızı qoymaq üçün böyük masa və sosial şəbəkələrə bağlanmaq üçün əlavə pulsuz internet xidməti sizin ixtiyarınıza verilir.

Müasir üslubda tərtib edilmiş bu otağa daxil olan kimi özünüzü rahat və sərbəst hiss edəcəksiniz.


"Zirvə" hotelində LCD televizor, çay və qəhvə hazırlamaq üçün avadanlıq və pulsuz internet ilə təmin edilmiş 43 otaq mövcuddur. Hər bir otaqda hamam otağı, şəxsi gigiyena və kosmetik vasitələr, rahat hamam xalatı, otaq ayaqqabıları, həmçinin fen mövcuddur və bütün bunlar sizin rahatlığınızı təmin etmək üçün hazırlanmışdır.

  • Ödənişsiz parkinq
  • Ödənişsiz Wi-Fi
  • Dağ əyləncələri
  • Konfrans zalları
  • Uşaq bağçası
  • Xizək məktəbi

HOTEL XİDMƏTLƏRİ

DİGƏR YERLƏŞMƏ YERLƏRİ

  • Park Chalet Şahdağ Hotel

    -dən başlayaraq AZN

  • Pik Palace Şahdağ

    -dən başlayaraq AZN

  • Gənclər Mehmanxanası

    -dən başlayaraq AZN

  • Qaya Evləri

    -dən başlayaraq AZN

Hava

Bugün - Bazar ertəsi

13Leysan
  • Çərşənbə axşamı

    18
  • Çərşənbə

    15

Veb-kameralar

  • Veb-kamera 1

  • Veb-kamera 2

  • Veb-kamera 3

  • Veb-kamera 4

  • Veb-kamera 5

  • Veb-kamera 6