AİLƏVİ XİZƏKSÜRMƏ VƏ DAĞ HOTEL – EVİ

 

“Gaya Residences” sizin rahatlığınız üçün 14 otaq təklif etməklə mükəmməl xidmət standartları ilə səmimi və rahat atmosferi özündə birləşdirir. Uzun müddət evdən kənarda qalıb, lakin evdəki rahatlığı axtaran qonaqlar üçün tam uyğun məkandır. Ailəniz ilə edəcəyiniz səyahətdə heç bir şey sizin rahatlığınızı pozmamalıdır. “Gaya Residences” ailələr üçün ideal məkandır, gəlin və “Şahdağ” Turizm Mərkəzindəki evinizdən – “Gaya Residences”dən zövq alın.

Bron et

Üçnəfərlik mənzil

Bir ədəd ikinəfərlik və bir ədəd birnəfərlik çarpayıdan ibarət olan bu otaqlar kiçik ailələr üçün ideal məkandır. Tam təchiz edilmiş mətbəxi və geniş qonaq otağı ilə bu məkan ailənizlə birlikdə şam yeməyi üçün mükəmməl seçimdir. Möhtəşəm Şahdağa baxan eyvanın bəxş etdiyi rahatlıq hissini siz uzun müddət xatırlayacaqsınız.



Bu geniş və rahat mənzildə 3 nəfər qala bilər.

İkinəfərlik mənzil

Mənzildə şirin yuxunu təmin edən iki ədəd ikinəfərlik çarpayıdan ibarət yataq otağı mövcuddur. Kiçik mətbəxinizdə səhər yeməyinizi hazırlaya və yaxud eyvanda oturaraq ətrafdakı mənzərədən zövq ala bilərsiniz.

Ömür boyu xatırlayacağınız bir mənzərə!

Rahat və müasir üslubda tərtib edilmiş hamam otağına malik bu mənzil qısa müddətli istirahətiniz üçün sizə lazım olan bütün rahatlığı təmin edir.

Mənzildə 2 nəfər qala bilər.

  • Ödənişsiz parkinq
  • Ödənişsiz Wi-Fi
  • Dağ əyləncələri

HOTEL XİDMƏTLƏRİ

DİGƏR YERLƏŞMƏ YERLƏRİ

  • Park Chalet Şahdağ Hotel

    -dən başlayaraq AZN

  • Pik Palace Şahdağ

    -dən başlayaraq AZN

  • Gənclər Mehmanxanası

    -dən başlayaraq AZN

  • Zirvə Hotel

    -dən başlayaraq AZN

Hava

Bugün -

  • Şənbə

    4
  • Bazar

    4

Veb-kameralar

  • Veb-kamera 1

  • Veb-kamera 2

  • Veb-kamera 3

  • Veb-kamera 4

  • Veb-kamera 5

  • Veb-kamera 6