“Pik Palace” Şahdağ Hotel Bakıdan 200 kilometr şimalda, “Şahdağ” Turizm Mərkəzində yerləşən dəbdəbəli məkandır.

 

Əzəmətli dağların arasında yerləşən “Pik Palace” Şahdağ Hotel heyranedici mənzərəli 167 geniş yataq otağı və lüks nömrələr təklif edir.

Otaqlarda böyük ölçülü çarpayılar, rahat istirahət və iş sahələri, yerdən tavana qədər olan böyük pəncərələr və fransız eyvanları kimi özəlliklər vardır.

 

 

www.pikpalace.az

Bron et

Deluxe King otağı

Bizim geniş Deluxe King otaqları ən tələbkar qonaqların ehtiyaclarına uyğun məkan və rahatlıq ahəngliyini təklif edir.

Çarpayı: bir böyük ölçülü (200 x 200)
Ölçü: 49-58 m²
Tutum: 2 böyük və 1 uşaq (əlavə çarpayı və ya uşaq çarpayısı ilə)
Yerləşmə: 2 – 6-cı mərtəbələr
Bir-biri ilə əlaqə: bəli
Mənzərə: Otaqların əksəriyyəti dağlara baxır. Bəzi otaqlar həmçinin ətrafdakı hotellərə baxır.

Deluxe Twin otağı

Bu otağın əsas özəlliyi iki böyük ölçülü çarpayıdan ibarətdir. Otaqda iki uşaq, bir böyük və bir uşaq və yaxud iki uşaq və bir böyük (mövcud olan çarpayılarla) rahat yerləşə bilər.

Çarpayı: iki böyük ölçülü (140 x 200)
Ölçü: 49–52 m²
Tutum: 1 böyük və 2 uşaq (mövcud olan çarpayılarla)
Yerləşmə: 2 - 6-cı mərtəbələr
Bir-biri ilə əlaqə: bəli
Mənzərə: Otaqların əksəriyyəti dağlara baxır. Bəzi otaqlar həmçinin ətrafdakı hotellərə baxır.

Deluxe King Balcony otağı

Bu otağın əsas özəlliyi Şahdağ mənzərəsinə açılan fransız tipli eyvandır.

Çarpayı: bir böyük ölçülü (200 x 200)
Ölçü: 49-52 m²
Tutum: 2 böyük və 1 uşaq (əlavə çarpayı və ya uşaq çarpayısı ilə)
Yerləşmə: 2 - 6-cı mərtəbələr
Bir-biri ilə əlaqə: bəli
Mənzərə: Otaqların əksəriyyəti dağlara baxır. Bəzi otaqlar həmçinin ətrafdakı hotellərə baxır.

Deluxe Twin Balcony otağı

Bu otağa fransız tipli eyvan əlavə edilməklə, Deluxe Twin Room ilə eyni funksiyalar təklif olunur. Bəzi otaqlarda bütün ailənin ehtiyaclarını ödəyən divar şkaflar quraşdırılıb.

Çarpayı: iki böyük ölçülü (140 x 200)
Ölçü: 49–52 m²
Tutum: 1 böyük və 2 uşaq (mövcud olan çarpayılarla)
Yerləşmə: 2 - 6-cı mərtəbələr
Bir-biri ilə əlaqə: bəli
Mənzərə: Otaqların əksəriyyəti dağlara baxır. Bəzi otaqlar həmçinin ətrafdakı hotellərə baxır.

Junior Suite otağı

Otelin künclərində yerləşən bu geniş bir otaqlı lüks mənzillər gözəl Şahdağ mənzərəsinə malikdirlər. Bütün Junior Suite-lər rahat divan və dördnəfərlik yemək masası ilə təchiz edilib. Böyük pəncərələr və fransız tipli eyvanlar otağı işıqlı edir. Hər bir ailənin və ya cütlüklərin tələbini ödəmək üçün iki Junior Suite otaqları bir-birinə birləşə bilər.

Çarpayı: bir böyük ölçülü (200 x 200)
Ölçü: 64 m²
Tutum: 2 böyük və ya 2 böyük və 1 uşaq
Yerləşmə: 2 - 5-ci mərtəbələr
Bir-biri ilə əlaqə: bəli
Mənzərə: Bütün otaqlar dağlara baxır.

Executive Suite otağı

Bu geniş iki otaqlı lüks mənzillər ən tələbkar qonaqlarımızın ehtiyaclarını ödəyəcək. Yemək və istirahət sahələrinin ayrı-ayrı olması sizin qalmağınızı maksimum rahat edəcək. Yataq otaqları böyük ölçülü çarpayı, iş masası, divar şkafları və geniş hamam otağı ilə təchiz olunub. Böyük pəncərələr və fransız tipli eyvanlar otağı işıqlı edir. Hər bir ailənin tələbini ödəmək üçün bütün otaqlar yanaşı otaqlarla birləşə bilər.

Çarpayı: bir böyük ölçülü (200 x 200)
Ölçü: 83–103 m²
Tutum: 2 böyük və 1 uşaq
Yerləşmə: 2 - 6-cı mərtəbələr
Bir-biri ilə əlaqə: bəli
Mənzərə: Otaqların əksəriyyəti dağlara baxır. Bəzi otaqlar həmçinin ətrafdakı hotellərə baxır.

Royal Suite otağı

Hotelin altıncı mərtəbəsində yerləşən Royal Suite-də qalıb, "Şahdağ" Turizm Mərkəzinin misilsiz dəbdəbəsindən həzz almaq fürsətini qaçırmayın. Otaq əzəmətli qonaq otağı, rahat divanlar, geniş iş və yemək sahələri və kiçik mətbəx ilə təchiz olunub. Otaq yanaşı otaqlar ilə birləşə bilər. Mərmərdən düzəlmiş enli hamam otağı böyük duş kabinəsi, dəbdəbəli vanna, sauna, qarderob və dəyişmə yeri ilə təchiz olunub.

Çarpayı: bir böyük ölçülü (200 x 200)
Ölçü: 246 m²
Tutum: 2 böyük
Yerləşmə: 6-cı mərtəbə
Mənzərə: Otaqların əksəriyyəti möhtəşəm dağ mənzərəsinə açılır.


Əzəmətli dağların arasında yerləşən "Pik Palace" Şahdağ Hotel heyranedici mənzərəli 167 geniş yataq otağı və lüks nömrələr təklif edir. Otaqlarda böyük ölçülü çarpayılar, rahat istirahət və iş sahələri, yerdən tavana qədər olan böyük pəncərələr və fransız eyvanları kimi özəlliklər vardır.

  • Ödənişsiz parkinq
  • Ödənişsiz Wi-Fi
  • Dağ əyləncələri
  • Konfrans zalları
  • Uşaq bağçası
  • İdman zalı
  • Xizək kirayəsi

HOTEL XİDMƏTLƏRİ

DİGƏR YERLƏŞMƏ YERLƏRİ

  • Park Chalet Şahdağ Hotel

    -dən başlayaraq AZN

  • Gənclər Mehmanxanası

    -dən başlayaraq AZN

  • Qaya Evləri

    -dən başlayaraq AZN

  • Zirvə Hotel

    -dən başlayaraq AZN

Hava

Bugün - Bazar ertəsi

13Leysan
  • Çərşənbə axşamı

    18
  • Çərşənbə

    15

Veb-kameralar

  • Veb-kamera 1

  • Veb-kamera 2

  • Veb-kamera 3

  • Veb-kamera 4

  • Veb-kamera 5

  • Veb-kamera 6