Dağlıq ərazidə gündəlik qayğılardan uzaqlaşmağınız üçün ideal məkan

 

Hotel sadəlik və eleqantlığı,  zərifliyi və incə dizaynı, həmçinin xidmət və keyfiyyəti ilə bütün gözləntiləri üstələyir. 164 geniş yataq otağı, dağlara açılan gözəl mənzərəli lüks otaqları ilə “Park Chalet” Şahdağ Hoteli mükəmməl mühiti ilə seçilir. “Park Chalet” Şahdağ Hoteli tam təchizatlı fitnes və spa mərkəzi ilə qonaqların daim formada qalmağını təmin edir.  Hotel otaqlarında ənənəvi əşyalar sırasına xüsusi dizayn edilmiş xalçalar, əhənglə yuyulmuş palıd lövhələr və geniş həcmli iş masası daxildir. Standart otaqlar 300 incə sapdan toxunan döşək ağları ilə örtülmüş geniş və ikili çarpayılardan ibarətdir. Geniş mərmər hamam otaqlarına duş kabin və vanna, digər əlavə hamam ərazisi və hamam ləvazimatları daxildir. Bütün otaqlar ən müasir avadanlıqlarla təchiz olunmuşdur.

 

www.parkchaletshahdag.az

Bron et

Deluxe King otağı

Ənənəvi Alp stilli mebellerlə təchiz olunmuş rahat və səliqəli otaqlarda əsl istirahət hissini yaşıyacaqsınız. Bütün otaqlar taxta panelli divarlar, geniş çarpayılar, eleqant taxta mebellər, müasir üslublu parça pərdələrlə vurğulanmış döşəmədən tavana kimi uzanan hündür pəncərələr, başmaq və yüksək keyfiyyətli hamam ləvazimatlı mərmər hamam otaqları ilə tamamlanmışdır. İş, həmçinin istirahət üçün uyğun olan otaqların hər biri yüksək sürətli internet və iş üçün ayrılmış rahat ərazisi ilə diqqət çəkir. Bəzi eyvanlı otaqlar günəşin çıxışı və batışını möhtəşəm dağların əhatəsində seyr etməyə imkan yaradır.

Çarpayı: 1 böyük ölçülü (180 x 200)
Ölçü: 32-49 m²
Tutum: 2 böyük və 1 uşaq (əlavə çarpayı və ya uşaq çarpayısı ilə)
Yerləşmə: 2 – 7-ci mərtəbələr
Bir-biri ilə əlaqələndirmə: bəli
Mənzərə: Bütün otaqlar dağ mənzərəsinə açılır.

Deluxe King Balcony otağı

Bu otaqların əsas özəlliyi Şahdağ dağlarının gözəl mənzərəsinə açılan Alp üslublu eyvanlardır.


Çarpayı: 1 böyük ölçülü (200 x 200)
Ölçü: 49-58 m²
Tutum: 2 böyük və 1 uşaq (əlavə çarpayı və ya uşaq çarpayısı ilə)
Yerləşmə: mərtəbə 2 – 6
Bir-biri ilə əlaqələndirmə: bəli
Mənzərə: Otaqların əksəriyyəti dağlara baxır. Bəzi otaqlar həmçinin ətrafdakı hotellərə baxır.

Deluxe Twin otağı

Bu geniş otaqlar 2 geniş yataq otağı ilə uşaq da daxil olmaqla 3 qonağın rahatlıqla yerləşdirilməsinə imkan verir. Bəzi eyvanlı otaqlar günəşin çıxışı və batışını möhtəşəm dağların əhatəsində seyr etməyə imkan yaradır.

Çarpayı: iki böyük ölçülü (140 x 200)
Ölçü: 39–48 m²
Tutum: 1 böyük və 2 uşaq (mövcud olan çarpayılarla)
Yerləşmə: 2 – 6-cı mərtəbələr
Bir-biri ilə əlaqələndirmə: bəli
Mənzərə: Bütün otaqlar dağ mənzərəsinə açılır.

Deluxe Twin Balcony otağı

Bu otaqlar Alp üslublu eyvanlar əlavə edilməklə Deluxe Twin otaqlarla eyni funksiyaya malikdir.

Çarpayı: iki böyük ölçülü (140 x 200)
Ölçü: 49–52 m²
Tutum: 1 böyük və 2 uşaq (mövcud olan çarpayılarla)
Yerləşmə: 2 - 6-cı mərtəbələr
Bir-biri ilə əlaqələndirmə: bəli
Mənzərə: Otaqların əksəriyyəti dağlara baxır. Bəzi otaqlar həmçinin ətrafdakı hotellərə baxır.

Chalet Suite otağı

Deluxe otaqlardan fərqli olaraq Chalet Suite otaqlar geniş qonaq otağı ərazisi və eyvanları ilə fərqlənir. Geyim otağı, ayrı geniş çarpayılar və rahat kreslolar, qoşa taslı böyük mərmər hamam otaqları, ayrıca vannalar, duş kabinləri ilə vurğulanmışdır. Bu otaqlar "Park Chalet" Hotelindən açılan ən gözəl mənzərə ilə seçilir.

Çarpayı: 1 böyük ölçülü (180 x 200)
Ölçü: 77-85 m²
Tutum: 2 böyük və 1 uşaq
Yerləşmə: 2 – 6-cı mərtəbələr
Bir-biri ilə əlaqələndirmə: bəli
Mənzərə: Bütün otaqlar dağ mənzərəsinə açılır

Mansard Suite otağı

Mansard Suite otaqlar hotelin ən axırıncı mərtəbəsində yerləşir. Hotelin ən künc ərazisində yerləşən, hündür tavan və panel divarlarlara malik bu otaqlar hündürlükdən görünən heyrətamiz mənzərə ilə daha fərqli abu-hava yaradır. Rahat və hər cür istirahət üçün uyğun olan Mansard Suite otaqları kiçik mətbəx sahəsi ilə sizə xoş təəssüratlar bağışlayacaq. Sürüşkən qapılar geniş yataq otaqlarını qonaq otaqlarından ayırır və hər iki sahədə düz ekran televizorlar yerləşdirilmişdir. Bu bir yataqlı otaqlar uzun müddət qalan və ya uşaqlı ailələr üçün daha çox uyğundur.

Çarpayı: Bir böyük ölçülü (180 x 200)
Ölçü: 88–114 m²
Tutum: 2 böyük və 1uşaq
Yerləşmə: 7-ci mərtəbə
Bir-biri ilə əlaqələndirmə: bəli
Mənzərə: Bütün otaqlar dağ mənzərəsinə açılır.

Duplex Suite otağı

Ən axırıncı mərtəbədə yerləşən Duplex Family Suite otaqları rahat və müasir tərtibatı ilə fərqlənir. Bu otaqlar birinci mərtəbədə yerləşən bütün avadanlıqla təchiz edilmiş mətbəxi və hündür qonaq otağı, həmçinin ikinci mərtəbədə yerləşən 2 geniş yataq otağı ilə ailələr və qrup şəklində istirahət etmək istəyənlər üçün əlverişlidir. Rahatlıq üçün dizayn edilmiş iş masası dağların zirvəsinə açılan görüntü ilə sizi məftun edəcək, eyni zamanda, sizə öz işlərinizlə məşğul olmağa imkan yaradacaqdır. Qonaq otaqlarındakı rahat kreslolar və çay stolları isə zövqünüzü oxşayacaq rahat mühit yaradır. Öz yaxınlarınız ilə geniş yemək stolu ətrafında edəcəyiniz şam yeməyi yaddaşlarınıza daimi həkk olunacaqdır.

Çarpayı: iki böyük ölçülü (200 x 200)
Ölçü: 160 m²
Tutum: 4 böyük və uşaqlar
Yerləşmə: 7-ci mərtəbə
Bir-biri ilə əlaqələndirmə: bəli
Mənzərə: Bütün otaqlar dağ mənzərəsinə açılır.

Təklif etdiyi 164 geniş yataq otaqları, dağlara açılan gözəl mənzərəli lüks otaqlarla "Park Chalet" Şahdağ Hoteli mükəmməl mühiti ilə seçilir. Ənənəvi əşyalar sırasına xüsusi dizayn edilmiş xalçalar, əhənglə yuyulmuş palıd panellər və geniş iş masası daxildir. Standart otaqlar 300 incə sapdan toxunan döşək ağları ilə örtülmüş geniş və ikili çarpayılardan ibarətdir. Geniş mərmər hamam otaqları, duş kabineti və vanna, digər əlavə hamam ərazisi və hamam ləvazimatları daxildir. Bütün otaqlar ən müasir avadanlıqlarla təchiz olunmuşdur.

  • Xizək mağazası
  • İdman zalı
  • Konfrans zalları
  • Dağ əyləncələri
  • Ödənişsiz parkinq
  • Ödənişsiz Wi-Fi

HOTEL XİDMƏTLƏRİ

DİGƏR YERLƏŞMƏ YERLƏRİ

  • Pik Palace Şahdağ

    -dən başlayaraq AZN

  • Gənclər Mehmanxanası

    -dən başlayaraq AZN

  • Qaya Evləri

    -dən başlayaraq AZN

  • Zirvə Hotel

    -dən başlayaraq AZN

Hava

Bugün - Bazar

4Qismən buludlu
  • Bazar ertəsi

    7
  • Çərşənbə axşamı

    2

Veb-kameralar

  • Veb-kamera 1

  • Veb-kamera 2

  • Veb-kamera 3

  • Veb-kamera 4

  • Veb-kamera 5

  • Veb-kamera 6