Dağlıq ərazidə gündəlik qayğılardan uzaqlaşmağınız üçün ideal məkan!

 

Nəfəs kəsən mənzərəsi ilə il boyu fəaliyyət göstərən bu otel sizin dağlıq ərazidə gündəlik qayğılardan uzaqlaşmağınız üçün ideal məkandır. “Park Chalet” Şahdağ Hptelinin 164 ədəd eleqant qonaq otağı möhtəşəm dağ mənzərəsi ilə əhatələnmiş, sadə və bir o qədər də lüks dizayn ilə tərtib olunmuşdur. Ənənəvi əşyalar sırasına xüsusi dizayn edilmiş xalçalar, əhənglə yuyulmuş palıd lövhələrvə geniş həcmli iş masası daxildir. Standart otaqlar dünya standartlarına görə keyfiyyət ölçüsü hesab olunan 300 incə sapdan toxunmuş döşək ağları ilə örtülmüş geniş və ikili çarpayılardan ibarətdir. Bütün otaqlar ən müasir avadanlıqlarla təmin edilmişdir.

 

Bron et

Deluxe King otağı

Ənənəvi Alp stilli mebellerlə təchiz olunmuş rahat və səliqəli otaqlarda əsl istirahət hissini yaşıyacaqsınız.

Bütün otaqlar taxta panelli divarlar, geniş çarpayılar, eleqant taxta mebellər, müasir üslublu parça pərdələrlə vurğulanmış döşəmədən tavana kimi uzanan hündür pəncərələr, hamam xalatı, başmaq və yüksək keyfiyyətli hamam ləvazimatlı mərmər hamam otaqları ilə tamamlanmışdır.

Biznes, həmçinin istirahət üçün uyğun olan otaqların hər biri yüksək sürətli internet və rahat iş guşəsi ilə diqqət çəkir.

Eyvanlı otaqlardan bəziləri günəşin çıxışı və batışını möhtəşəm dağların əhatəsində seyr etməyə imkan yaradır.

Çarpayı: bir böyük ölçülü (180 x 200)
Ölçü: 32-49 m²
Tutum: 2 böyük və 1 uşaq (əlavə çarpayı və ya uşaq çarpayısı ilə)
Yerləşmə: 2 - 7-ci mərtəbələr
Bir-biri ilə əlaqə: bəli
Mənzərə: Bütün otaqlar dağ mənzərəsinə açılır.

Deluxe King Balcony otağı

Bu otaqların əsas özəlliyi Şahdağın möhtəşəm mənzərəsinə açılan Alp üslublu eyvanlardır.

Çarpayı: bir böyük ölçülü (200 x 200)
Ölçü: 49-58 m²
Tutum: 2 böyük və 1 uşaq (əlavə çarpayı və ya uşaq çarpayısı ilə)
Yerləşmə: 2 - 6-cı mərtəbələr
Bir-biri ilə əlaqə: bəli
Mənzərə: Otaqların əksəriyyəti dağlara baxır. Bəzi otaqlar həmçinin ətrafdakı hotellərə baxır.

Deluxe Twin otağı

Bu geniş otaqlar 2 geniş yataq otağı ilə uşaq da daxil olmaqla 3 qonağın rahatlıqla yerləşdirilməsinə imkan verir. Bəzi eyvanlı otaqlar günəşin çıxışı və batışını möhtəşəm dağların əhatəsində seyr etməyə imkan yaradır.

Çarpayı: iki böyük ölçülü (140 x 200)
Ölçü: 39–48 m²
Tutum: 1 böyük və 2 uşaq (mövcud olan çarpayılarla)
Yerləşmə: 2-6-cı mərtəbələr
Bir-biri ilə əlaqə: bəli
Mənzərə: Bəzi eyvanlı otaqlar günəşin doğuşu və batışını möhtəşəm dağların əhatəsində seyr etməyə imkan yaradır. Bütün otaqlar dağ mənzərəsinə açılır.

Deluxe Twin Balcony otağı

Bu otaqlar Alp üslublu eyvanlar əlavə edilməklə Deluxe Twin otaqlarla eyni funksiyaya malikdir.

Çarpayı: iki böyük ölçülü (140 x 200)
Ölçü: 49–52 m²
Tutum: 1 böyük və 2 uşaq (mövcud olan çarpayılarla)
Yerləşmə: 2 - 6-cı mərtəbələr
Bir-biri ilə əlaqə: bəli
Mənzərə: Otaqların əksəriyyəti dağlara baxır. Bəzi otaqlar həmçinin ətrafdakı hotellərə baxır.

Chalet Suite otağı

Deluxe otaqlardan fərqli olaraq Chalet Suite otaqlar qonaq otaqlarının genişliyi və eyvanları ilə fərqlənir.

Geyim otağı, ayrı geniş çarpayılar və rahat kreslolar, qoşa taslı böyük mərmər hamam otaqları, ayrıca küvetlər və duş kabinləri bu otaqları daha cəlbedici edir.

Bu otaqlar "Park Chalet" Şahdağ Hoteldən açılan ən gözəl mənzərələrə malikdirlər.

Çarpayı: 1 böyük ölçülü (180 x 200)
Ölçü: 77-85 m²
Tutum: 2 böyük və 1 uşaq
Yerləşmə: 2 - 6-cı mərtəbələr
Bir-biri ilə əlaqə: xeyr
Mənzərə: Bütün otaqlar dağ mənzərəsinə açılır.

Mansard Suite otağı

Mansard Suite otaqlar hotelin ən axırıncı mərtəbəsində yerləşir.

Hotelin ən künc ərazisində yerləşən, hündür tavan və panel divarlarla vurğulanmış bu otaqlar yüksəklikdən görünən heyrətamiz mənzərə ilə daha fərqli abu-hava yaradır.

Rahat Mansard Suite otaqları kiçik mətbəx sahəsi ilə sizə mütləq xoşagələn təəssürat bağışlayacaq.

Sürüşkən qapılar geniş yataq otaqlarını qonaq otaqlarından ayırır və hər iki sahədə düz ekran televizorlar yerləşdirilmişdir. Bu bir yataqlı otaqlar uzun müddət qalan və ya ailəvi və uşaqlı ailələr üçün daha çox uyğundur.

Çarpayı: bir böyük ölçülü (180 x 200)
Ölçü: 88–114 m²
Tutum: 2 böyük və 1uşaq
Yerləşmə: 7-ci mərtəbə
Bir-biri ilə əlaqə: xeyir
Mənzərə: Bütün otaqlar dağ mənzərəsinə açılır.

Duplex Suite otağı

Ən axırıncı mərtəbədə yerləşən Duplex Family Suite otaqlar rahat və müasir tərtibatı ilə fərqlənir.

Bu otaqlar birinci mərtəbədə yerləşən bütün avadanlıqla təchiz edilmiş mətbəxi və yüksək tavanlı qonaq otağı, həmçinin ikinci mərtəbədə yerləşən 2 geniş yataq otağı ilə ailələr və qrup yerləşdirilmə üçün əlverişlidir.

Rahatlıq üçün dizayn edilmiş iş masası dağların zirvəsinə açılan görüntü ilə sizi məftun edəcək və eyni zamanda, sizə öz işlərinizlə məşğul olmağa imkan yaradacaqdır. Qonaq otaqlarındakı rahat kreslolar və çay stolları isə sizin üçün ən rahat mühiti yaradacaq.

Öz yaxınlarınız ilə geniş yemək stolu ətrafında edəcəyiniz şam yeməyi yaddaşlarınıza daimi həkk olunacaqdır.

Çarpayı: iki böyük ölçülü (200 x 200)
Ölçü: 160 m²
Tutum: 4 böyük və uşaqlar
Yerləşmə: 7-ci mərtəbə
Bir-biri ilə əlaqə: xeyr
Mənzərə: Bütün otaqlar dağ mənzərəsinə açılır.

Valehedici mənzərəsi ilə qış mövsümündə fəaliyyət göstərən bu hotel sizin dağlıq ərazidə gündəlik qayğılardan uzaqlaşmağınız üçün ideal məkandır. “Park Chalet" Şahdağ Hotelinin 164 ədəd eleqant qonaq otağı möhtəşəm dağ mənzərəsi ilə əhatələnmiş, sadəlik və lüks dizaynın ahəngini özündə birləşdirmişdir.

Ənənəvi əşyalar sırasına xüsusi dizayn edilmiş xalçalar, əhənglə yuyulmuş palıd lövhələr və geniş həcmli iş masası daxildir. Otaqlar dünya standartlarına görə keyfiyyət ölçüsü hesab olunan 300 incə sapdan toxunmuş döşək ağları ilə örtülmüş geniş və ikili çarpayılardan ibarətdir.

  • Xizək kirayəsi
  • İdman zalı
  • Konfrans zalları
  • Dağ əyləncələri
  • Ödənişsiz parkinq
  • Ödənişsiz Wi-Fi

HOTEL XİDMƏTLƏRİ

DİGƏR YERLƏŞMƏ YERLƏRİ

  • Park Chalet Şahdağ Hotel

    -dən başlayaraq AZN

  • Pik Palace Şahdağ

    -dən başlayaraq AZN

  • Gənclər Mehmanxanası

    -dən başlayaraq AZN

  • Gaya Residences

    -dən başlayaraq AZN

Veb-kameralar

  • Veb-kamera 1

  • Veb-kamera 2

  • Veb-kamera 3

  • Veb-kamera 4

  • Veb-kamera 5

  • Veb-kamera 6