Şahdağ

Xəbərlər

“Şahdağ” Turizm Mərkəzində qış mövsümü bağlı elan olunur.

“Şahdağ” Turizm Mərkəzi bu gündən etibarən 2017-2018-ci il qış mövsümünü bağlı elan edir. Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzində qış mövsümü hava şəraitindən asılı olaraq dekabr ayından aprel ayına kimi davam edir.

Sayca altıncı olan qış mövsümü ərzində turizm mərkəzini 120 000-dən çox turist ziyarət etmişdir. Bu, turizm mərkəzinin fəaliyyət dövrü müddətində bu günə qədər olan rəqəmlər sırasında rekord saydır. Turistlərin 50%-ə qədərini xarici turistlər təşkil etmiş, onların arasında isə ən çox BƏƏ, Rusiya, Səudiyyə Ərəbistanı, Qətər, Böyük Britaniya və Küveyt kimi ölkələrdən olan turistlər üstünlük təşkil etmişdir.

Mövsüm ərzində “Şahdağ” adını regional və beynəlxalq brend kimi tanıtmaq üçün bir sıra tədbirlər görülmüş, mərkəz Ukrayna, Tükiyə, Hindistan, Almaniya, Rusiyada keçirilən beynəlxalq seminar, konfrans və sərgilərdə təmsil olunmuşdur.

Aparılan təbliğat-tanıtma işlərinin nəticəsi olaraq, “Şahdağ” Turizm Mərkəzi  hoteldə gecələmiş qonaqlar və daima səyahət edən turistlər tərəfindən 4 həftə ərzində səsvermə nəticəsində “Lyuks Dağ Kurortu” və “Lyuks Dağ Hoteli” nominasiyaları üzrə beynəlxalq “2017 World Luxury Hotel Awards” mükafatına layiq görülmüşdür.

2017-2018-ci il qış mövsümündə qış əyləncələrinin sırasına paraplan xidməti əlavə olunmuş, uşaqlar üçün yeni əyləncələr yaradılmışdır. Bu mövsüm də hər il olduğu kimi, ənənəvi qış əyləncələri ilə yanaşı xizəkçiliyə xüsusi maraq göstərilmiş, qonaqların 30%-ni xizək sürmək üçün mərkəzə üz tutan xizək həvəskarları təşkil etmişdir.

Xizəkçilik mövsümü başa çatsa da, hazırda turizm mərkəzində bir sıra əyləncələr aktivdir. Artıq turizm mərkəzində yay mövsümü üçün hazırlıqlara start verilmişdir. Yay mövsümünün açılışınadək isə mərkəzdə 5 ulduzlu “Şahdağ Hotel və Spa” hoteli fəaliyyət göstərəcək.

 

 

Maraqlı ola bilər:

  • Ziplayn

    Şahdağın möhtəşəm mənzərəsi ilə yüksək adrenalin hissini niyə də birlikdə duymay...

  • Ziplayn

    Şahdağın möhtəşəm mənzərəsi ilə yüksək adrenalin hissini niyə də birlikdə duymay...

  • Sevgililər gününə özəl təklif

    Şahdağdan “Sevgililər Günü”nə özəl xüsusi təklif!   14 – ...

Veb-kameralar

  • Veb-kamera 1

  • Veb-kamera 2

  • Veb-kamera 3

  • Veb-kamera 4

  • Veb-kamera 5

  • Veb-kamera 6