Şahdağ

Xəbərlər

Turizm işçilərinin peşə bayramı günü – 27 sentyabr!

Bu gün – 27 sentyabr “Dünya Turizm Günü” və  Azərbaycanda turizm işçilərinin peşə bayramı günüdür. İlk dəfə 1980-ci ildə Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının təşəbbüsü ilə bu tarixin “Dünya Turizm Günü” kimi qeyd olunması barədə qərar qəbul edilmişdir. Azərbaycanda isə bu tarix həm də turizm işçilərinin peşə bayramı günü kimi 2016-cı ildən qeyd olunur. 

Qeyd edək ki, Azərbaycan Respublikası Dünya Turizm Təşkilatına 2001-ci ildən üzv qəbul olunmuş, 2017-ci ildə isə  Dünya Turizm Təşkilatının İcraiyyə Şurasına sədrlik etməyə başlamışdır.

Məlumat üçün bildirək ki, BMT Baş Assambleyasının 70-ci sessiyası 2017-ci ili dünyada “Beynəlxalq davamlı turizm ili” elan edib.

Qış idman növlərinin inkişafında başlıca rol oynayan “Şahdağ” Turizm Mərkəzi də Azərbaycanda turizmin inkişafı istiqamətində mühüm işlərə imza ataraq və xarici turistlərin ölkəyə cəlb olunmasında öz töhfəsini verərək, qonaqların zövqünü oxşayacaq xidmətlərin sayının artırılması və keyfiyyətinin təkmilləşdirilməsi yolunda tədbirlər görür.

Fürsətdən istifadə edərək, “Şahdağ” Turizm Mərkəzi olaraq “Ümumdünya Turizm Günü” münasibətilə bütün turizm işçilərinin peşə bayramını təbrik edir, hər birinizə işlərinizdə uğurlar arzulayırıq!

Maraqlı ola bilər:

  • İsveç masajı

    İsveç masajı zamanı təzyiq altında əzələlər yumşalır, gərginlik azalır, dərinin ...

  • Seqvey

    Seqveylər iki təkərli, öz-özünü tənzimləyən, elektriklə işləyən nəqliyyat vasitə...

  • Spa paketləri

    “Ovdan” Spa mərkəzində xüsusi sifarişlə hazırlanmış spa paketləri qa...

Veb-kameralar

  • Veb-kamera 1

  • Veb-kamera 2

  • Veb-kamera 3

  • Veb-kamera 4

  • Veb-kamera 5

  • Veb-kamera 6