Şahdağ

Xəbərlər

22-25 aprel tarixlərində “ATM 2018” sərgisi keçirilmişdir

Ərəb Turizm Sərgisi (ATM) dünyanın ən böyük sərgilərindən biri olaraq artıq 25-ci dəfədir ki, təşkil olunur. Sərgi bir neçə gün ərzində dünyanın yüzlərlə ölkəsindən 39.000-dən çox turizm mütəxəssisi, hökümət  və mətbuat nümayəndələrini bir yerdə toplayaraq turizm sahəsində baş verən ən son yeniliklər və trendlər haqqında məlumat və təcrübə mübadiləsi aparmaq üçün ən ideal platformalardan biri sayılır.

1994-cü ildən bəri hər il aprel ayında BƏƏ-nin paytaxtı Dubayda təşkil olunan sərgidə “Şahdağ” Turizm Mərkəzi də ənənəvi olaraq iştirak etmişdir. Azərbaycan turizm imkanları, eləcə də qış və yay turizm potensialı ilə maraqlanan peşəkar ziyarətçilərə ətraflı məlumat verilmiş, müxtəlif şirkətlərlə ikitərəfli görüşlər keçirilmişdir.

 

 

Maraqlı ola bilər:

  • Qarsıxıcı maşınlarda gəzinti

    Tam fərqli bir əyləncə istəyirsinizsə, bizim isti qar sıxıcı maşınlarımızdan bir...

  • PARK CHALET FİTNES MƏRKƏZİ

    Bizim fitnes mərkəzimiz tam təchizatı ilə sizin yolunuzu gözləyir. 20 metrlik qa...

  • Dağ velosipedi

    Hər bir velosipedçiyə uyğun olan, müxtəlif çətinlik səviyyələri üzrə ətraf ərazi...

Veb-kameralar

  • Veb-kamera 1

  • Veb-kamera 2

  • Veb-kamera 3

  • Veb-kamera 4

  • Veb-kamera 5

  • Veb-kamera 6