Şahdağ

Xəbərlər

“Şahdağ” Turizm Mərkəzi iyun ayının 15-dən etibarən 2017-ci il yay mövsümünü açıq elan edir.

“Şahdağ” Turizm Mərkəzi iyun ayının 15-dən etibarən 2017-ci il yay mövsümünü açıq elan edir. Hər il olduğu kimi, bu il də yerli və xarici turistlərin istirahətini daha mükəmməl etmək məqsədilə mərkəz tərəfindən çoxsaylı yay əyləncələri, müxtəlif əyləncə və maraq dolu tədbirlər təqdim olunacaqdır.

Bu ildən etibarən kanat yolları və yay əyləncələri 10:30-dan 19:00-dək fəaliyyətdə olacaq. Daha bir yenilik isə bütün əyləncələrdən istifadə edən hər bir qonağın sığortalanması olacaqdır. İstənilən halda, turistlər daim bələdçilərin nəzarəti altında olaraq, hər cür təhlükəsizlik ləvazimatları ilə təmin ediləcəklər. Məlumat üçün bildirək ki, kanat yolları 6 yaşdan kiçik uşaqlar, 70 yaşdan böyük vətəndaşlar, veteranlar və fiziki məhdudiyyətli insanlar üçün pulsuz olaraq fəaliyyət göstərəcək.

Azərbaycanın ən gözəl regionlarından birində, Şahdağ Milli parkının yaxınlığında yerləşən mərkəzin füsunkar təbiəti yay aylarında xüsusilə göz oxşayır. Yamyaşıl dağ yamacları həm aktiv istirahəti sevən, həm də sadəcə təmiz dağ havası və ruhu dinləndirən sakitlikdən zövq almaq istəyən hər kəsin ixtiyarındadır.

İyun ayının 18-dən etibarən isə Azərbaycanda ilk dəfə fəaliyyətə düşəcək beynəlxalq “Şahdağ” Yay Düşərgəsi layihəsi uşaqların yay tətilinin unudulmaz xatirələrə çevrilməsinə vəsilə olacaqdır. Bundan əlavə, “Şahdağ Hotel və Spa” hoteli və Detoks müalicəvi – bərpaedici proqramı alternativ istirahəti sevənlər üçün uğurlu seçimlərdən olacaqdır.

Məlumat üçün bildirək ki, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzinə sayca beşinci olacaq yay mövsümündə də ərəb ölkələrindən, Rusiya, İran və digər xarici dövlətlərdən çoxsaylı qonaqların gəlməsi proqnozlaşdırılır.

Maraqlı ola bilər:

  • Seqvey

    Seqveylər iki təkərli, öz-özünü tənzimləyən, elektriklə işləyən nəqliyyat vasitə...

  • Yamacların xəritəsi

    “Şahdağ” Turizm Mərkəzi yamacların, o cümlədən 11 lift, 14 yamac, re...

  • Trottinetlər

    Müxtəlif bacarıq səviyyələrinə uyğun olaraq müvafiq gəzinti marşrutları mövcuddu...

Veb-kameralar

  • Veb-kamera 1

  • Veb-kamera 2

  • Veb-kamera 3

  • Veb-kamera 4

  • Veb-kamera 5

  • Veb-kamera 6