Şahdağ

Xəbərlər

17-cisi təşkil olunan “AITF” 2018 sərgisi

Bu il Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF” 2018 sərgisi 5-7 aprel tarixində Bakı Ekspo Mərkəzində keçirilərək Bolqarıstan, Çexiya, Dominikan, Gürcüstan, İndoneziya, İtaliya, İsveçrə, Mərakeş, Rusiya, Sloveniya, Tailand, Türkiyə kimi 20 ölkəni təmsil edən 277 şirkəti bir araya toplamışdır.  Sayca 17-cisi təşkil olunan sərgidə turizm  sahəsində fəaliyyət göstərən yerli və regional şirkət və təşkilatları, dövlət strukturları, eləcə də media nümayəndələri iştirak etmişdirlər.   

“Bütün dünya – bir sərgi” şüarı altında keçirilən builki sərginin tərəfdaş ölkəsi Bolqarıstan olmuşdur.

Qeyd edək ki, aprelin 7-dək davam edən sərginin ilk iki günü yalnız peşəkarlar ziyarətçilər, son gün isə bütün turizm həvəskarları üçün açıq olmuşdur.

Sərgidə “Şahdağ” Turizm Mərkəzinin əməkdaşları tərəfindən mərkəzin təklif etdiyi xidmətlər, qış və yay əyləncələri, mərkəzdəki hotellər ve infrastruktur barədə yerli və xarici qonaqlara məlumat verilmiş, maraqlanan ziyarətçilərə reklam-çap məhsulları təqdim edilmişdir. Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzinin stendi sərgi iştirakçılarının xüsusi maraq göstərdiyi stendlər arasında olmuşdur.

Sərginin ikinci günü Prezident İlham Əliyev sərgini ziyarət etmiş, Mədəniyyət və Turizm Nazirliyinin stendi ilə tanış olmuşdur.  Turizm mərkəzinin sədri Rüstəm Nəcəfov tərəfindən ölkə başçısına 2017-2018-ci illər qış mövsümündə “Şahdağ” Turizm Mərkəzini ziyarət edən qonaqlar, eləcə də əcnəbilər haqqında məlumat verilmiş, booking.com-un dəyərləndirməsinə əsasən regionda dağ-xizək komplekslərində yerləşən hotellər arasında “Şahdağ Hotel və Spa”nın Türkiyə  və Gürcüstan kimi ölkələrin müvafiq hotelləri ilə müqayisədə 9.2 balla  birinci sırada olması haqqında və digər statistik göstəricilər haqqında məlumat verilmişdir.

 

 

 

 

Maraqlı ola bilər:

  • Dübrar

    ...

  • Spa paketləri

    “Ovdan” Spa mərkəzində xüsusi sifarişlə hazırlanmış spa paketləri qa...

  • Tez Bazar

    “Zirvə” hotel   “Tez Bazar” restoranı   Xizək liftlərinə ə...

Veb-kameralar

  • Veb-kamera 1

  • Veb-kamera 2

  • Veb-kamera 3

  • Veb-kamera 4

  • Veb-kamera 5

  • Veb-kamera 6