Şahdağ

Xəbərlər

“Şahdağ” Turizm Mərkəzi Qış idman növləri, Turizm və Aktiv istirahət üzrə 13-cü Beynəlxalq Konqresdə iştirak edir.

Rusiya Olimpiya Komitəsinin təşkilatçılığı və “İdman dövləti” («Спортивная Держава») qeyri-kommersiya təşkilatının dəstəyi ilə Moskva şəhərində 31 may – 2 iyun 2017-ci il tarixlərində 13-cü Qış İdman Növləri, Turizm və Aktiv istirahət üzrə Beynəlxalq Konqresi keçirilir.

Tədbirin keçirilməsində məqsəd qış idman növləri, turizm və aktiv istirahətin dinamik inkişaf istiqamətləri barədə müzakirələr keçirmək, qarşılıqlı təcrübə və fikir mübadiləsi aparmaq, qarşıya qoyulan hədəflərə çatmaqda sistemli yanaşmanı təmin etməkdir.

Tədbirdə Rusiyanın federal və regional səviyyədə dövlət hakimiyyəti orqanları, ictimai təşkilatların rəhbərləri, Rusiya İdman Nazirliyi, 300-dən çox rus və xarici turizm sektorunun nümayəndələri və rəhbərləri iştirak edir. Tədbirdə Azərbaycanı “Şahdağ” Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov təmsil edir. Bununla yanaşı Rüstəm Nəcəfovun  Rusiyanın “Ski Industry” jurnalına müsahibəsində “Şahdağ” Turizm Mərkəzinin infrastrukturu, təklif etdiyi xidmətləri və gələcək planları ətraflı işiqlandırılmışdır. Jurnalda Şahdağın təkcə yerli turistlər tərəfindən deyil, dünyanın müxtəlif ölkələrindən gələn turistlər tərəfindən sevildiyini əks etdirən statistik rəqəmləri də yer almışdır.

Tədbirin sonunda Rusiyada qış idman növlərinin təşviqini genişləndirmək və gücləndirmək məqsədi ilə “İdman sənayesinin lideri” lauriyatı adlı mükafatlandırma mərasimi keçiriləcəkdir.

Maraqlı ola bilər:

  • Park Chalet Şahdağ Hotel

    Dağlar qoynunda yerləşən və təbiətin gözəllikləri ilə əhatə olunmuş bu məkan siz...

  • Tandem paraplan uçuşları

    Tandem paraplan uçuşları uçuşları 2 start nöqtəsindən həyata keçirilir. Birinci ...

  • Buz meydançası

    “Şahdağ” Turizm Mərkəzindəki buz meydançasında ruhunuza tam sərbəstl...

Veb-kameralar

  • Veb-kamera 1

  • Veb-kamera 2

  • Veb-kamera 3

  • Veb-kamera 4

  • Veb-kamera 5

  • Veb-kamera 6