Şahdağ

Xəbərlər

Şahdağ 2017- 2018-ci il üçün MDB məkanının dağ kurortları arasında TOP 3-lükdə!

Rusiyanın “TurStat” analitik agentliyi 2017 – 2018-ci il üçün MDB məkanında qışda aktiv istirahət üçün ən populyar dağ-xizək kurortlarının adlarını açıqlayıb. Rusiyalı turistlər arasında MDB ölkələrinin reytinqində görə ən çox səfər olunan kurortlar arasında ilk sıralarda Qazaxıstan, Azərbaycan və Belarusiyanın dağ-xizək kurortarı durur.

“TurStat” agentliyinin araşdırmalarına görə rusiyalı turistlərin sözügedən kurortlarda istirahət müddəti ortalama 7 – 10 gün arasında dəyişir. Beləliklə, reytinqə görə MDB məkanında qışda aktiv istirahət üçün ən populyar dağ kurortlarının ilk beşliyi aşağıdakı kimidir:

1. Qazaxıstan (Çimbulak)

2. Azərbaycan (Şahdağ)

3. Belarusiya (Çiliçi)

4. Ermənistan (Saxkadzor)

5. Özbəkistan (Çimqan)

Yuxardakı ölkələrin reytinqi 2017-ci il dekabrın 1-dən  2017-ci il fevral ayının 28-nə qədər onlayn rezervasiya sistemlərinin məlumatlarının təhlilinin nəticələrinə əsasən təqdim olunur. Yerləşmə və qidalanma daxil olmaqla bir gün üçün – Şahdağda: 90$, Çimbulakda: 100$, Qaraqol və Çimqanda: 65-70$, Saxkadzorda isə: 80$ təşkil edir.

Maraqlı ola bilər:

  • Macəra parkı

    Qoruyucu kəmərlərinizi taxın və yeni kəşflərə hazır olun. Bizim macəralar parkım...

  • Layihə

    Bu iddialı inkişaf proqramı üçün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Na...

  • Üzə qulluq

    Üz prosedurları sizə çoxlu xoş anlar bəxş edəcək. Bu prosedurlardan sonra siz ra...

Veb-kameralar

  • Veb-kamera 1

  • Veb-kamera 2

  • Veb-kamera 3

  • Veb-kamera 4

  • Veb-kamera 5

  • Veb-kamera 6